Azərbaycan beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddialar qaldırmağa davam edəcək


  • 25 Noyabr 2021 16:26

“Biz keçmiş məcburi köçkünlərimizin ən qısa zamanda öz evlərinə, torpaqlarına qayıdışını təmin etmək üçün böyük işlər görürük”.

E-huquq.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva “Karabakh Memorial” internet resursu təqdimat mərasimində deyib.

L. Abdullayeva bildirib ki, yaxın aylarda keçmiş məcburi köçkünlər arasında ilk ailələrin evlərinə qayıtmasının şahidi olacağıq: “Bu gün Azərbaycan artıq ərazi bütövlüyünü bərpa edib. Bundan sonrakı mərhələdə bizim işimiz ikiqat artır. Həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Ermənilər tərəfindən törədilən hər bir cinayət sənədləşdirilir və aidiyyəti üzrə beynəlxalq təşkilatların diqqətinə çatdırılır.

Bu cinayətlərin beynəlxalq müstəvidə Ermənistana qarşı iddia olaraq qaldırılması istiqamətində işlər gedir. Avropa İnsan Hüquqları Məhkəməsində bu ilin yanvar ayında qaldırılan iddia çərçivəsində iş davam edir. Bu ilin sentyabr ayında Beynəlxalq Cinayət Məhkəməsində qaldırılan işlə bağlı da proses davam etdirilir. Lakin bu, son deyil. Bu işlərin, iddiaların qaldırılması davam etdiriləcək. İlk növbədə, beynəlxalq ədaləti təmin etmək üçün bu, çox vacibdir”.

Oxşar xəbərlər