Anım Günü ilə bağlı xalq Hərbi Memorial Məzarlığı ziyarət edir - FOTO


  • 10:36

Bu gün 44 günlük Vətən müharibəsinin başlamasından 6 il ötür.

E-huquq.az xəbər verir ki, Anım Günü ilə bağlı vətəndaşlar Vətən müharibəsi şəhidlərini yad etmək üçün Hərbi Memorial Məzarlığı ziyarət edir.

Səhər saatlarından etibarən Hərbi Memorial Məzarlıqda izdiham müşahidə olunur.

Ziyarətdə dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhər sakinləri, eləcə də ölkənin müxtəlif bölgələrindən paytaxta gələn vətəndaşlar iştirak edirlər. Ziyarətçilər şəhidlərin məzarları önünə gül və əklillər qoyur, onların xatirəsini ehtiramla yad edirlər.

Qeyd edək ki, 44 gün davam edən Vətən müharibəsi 2020-ci il sentyabrın 27-də başlayıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində uzun illər işğal altında qalan ərazilərimizin azad edilməsini təmin edib.

Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq və şücaət nümayiş etdirib. Döyüşlər zamanı ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda minlərlə hərbçimiz şəhid olub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin və qəhrəmanlıq göstərmiş hərbçilərin xatirəsinə ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Anım Günü çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarında şəhidlərin xatirəsi yad olunur, onların məzarları ziyarət edilir və Vətən müharibəsində göstərilən qəhrəmanlıqlar bir daha xatırlanır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər