PA rəsmisi: “Heç bir ölkədə virusa tam qalib gəlinməyib”


  • 8 Avqust 11:20

“Karantin rejiminin yumşaldılmasını bir çox insanlar qələbə kimi qəbul edir, virusin yox olması kimi təbliğ edir, əsassız iddialar irəli sürür ki, heç harda karantin yoxdur, insanlar maska belə taxmır, amma heç bir ölkədə virusa tam qalib gəlinməyib, Azərbaycan da daxil olmaqla”.

E-huquq.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

“Bu virus heç hara itməyib, aramızdadır və yoluxdurmaqda davam edir. Təbii ki, karantin rejimi əziyyətdir, hamımız yorulmuşuq, amma gəlin əldə etdiyimiz nailiyyətləri itirməyək və qaydalara əməl edək”, - deyə o, qeyd edib.

Oxşar xəbərlər