- 16:55
Bolqarıstanda, xüsusilə paytaxt Sofiya başda olmaqla, bir sıra dövlət və ictimai qurumlara bomba qoyulması ilə bağlı xəbərdarlıqlar daxil olub.
E-huquq.az yerli KİV-ə istinadən xəbər verir ki, ölkənin müxtəlif bölgələrində dövlət qurumları, məhkəmə binaları və təhsil müəssisələri bomba təhlükəsi barədə xəbərdarlıqlar alıb.
Məlumata əsasən, analoji xəbərdarlıqlar Plovdiv, Küstendil, Montana, Razqrad, İspərikh, Loveç, Pazarcık, Burqas, Haskovo, Sliven və Blaqoevqrad şəhərlərində, eləcə də ölkənin digər bölgələrindəki müxtəlif qurumlara göndərilib.
Xəbərdarlıqlardan sonra bəzi müəssisələrdə çalışan əməkdaşların təxliyə edildiyi bildirilib.
Polis əməkdaşları isə binalarda təhlükəsizlik yoxlamaları aparıb.
Şəbnəm Mehdizadə