- 17:39
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxma hallarının sayı 8 544-ə yüksəlib.
E-huquq.az karici KİV-ə istinadən xəbər verir ki, epidemiya nəticəsində 4 114 nəfər həyatını itirib.
Epidemiyanın başlanmasından indiyədək 2 230 nəfər sağalıb. Son 24 saat ərzində isə daha 17 nəfərin sağaldığı bildirilib.
Ebola epidemiyasında ölüm göstəricisi 48,2 faiz olaraq açıqlanıb.
Xəstəliyin qeydə alındığı 7 əyalətin 64 bölgəsində epidemiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və KDR-in Yambuku yaşayış məntəqələrində eyni vaxtda baş verən epidemiyalar zamanı aşkarlanıb. KDR-dəki epidemiya Ebola çayının yaxınlığında yerləşən kənddə başladığı üçün xəstəliyə bu çayın adı verilib.
Ebola virusu 2013-cü ilin dekabrında Qərbi Afrikada da geniş yayılıb. Qvineya, Liberiya və Syerra-Leonedə 2014-2017-ci illərdə baş verən epidemiya zamanı təxminən 30 min nəfər virusa yoluxub, 11 mindən çox insan həyatını itirib.
KDR-in şərqində yerləşən İturi əyalətində 246 şübhəli yoluxma halı və 65 ölüm qeydə alındıqdan sonra mayın 15-də ölkədə Ebola epidemiyası elan edilmişdi.
Səhiyyə rəsmilərinin məlumatına görə, may ayında başlayan epidemiyaya səbəb olan “Bundibugyo” Ebola variantına qarşı təsdiqlənmiş müalicə üsulu və ya vaksin mövcud deyil.
Şəbnəm Mehdizadə