- 17:00
Tailandda paytaxt Banqkok və digər 31 bölgədə güclü yağışların səbəb olduğu daşqınlardan 3,5 milyondan çox insan zərər çəkib.
E-huquq.az "Bangkok Post" qəzetinə istinadən xəbər verir ki, ölkədə sentyabrın 16-dan bəri güclü yağışlar davam edir.
Güclü yağışların səbəb olduğu daşqınlar Banqkok və digər 31 bölgədə ölkə üzrə 1 245 581 təsərrüfatda yaşayan 3 535 206 nəfərə ziyan vurub.
Bildirilib ki, daşqınlar nəticəsində 23 nəfərin həyatını itirib.
Ölkədə 23 müvəqqəti sığınacaq açılıb.
Şəbnəm Mehdizadə