ABŞ-də zibil qabında 4 aylıq körpənin meyiti tapılıb


  • 16:36

ABŞ-nin Los Anceles şəhərində 4 aylıq körpə qızın meyiti zibil qabında çantanın içərisində aşkarlanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bazar ertəsi gecəsi Marta Ximenez adlı bir qadın Luna adlı körpəni Los-Anceles şəhər mərkəzindən təxminən yeddi kilometr cənubda, Alba küçəsində tapıb.

Xəstəxanaya aparılan körpənin öldüyü müəyyən edilib. Hadisədən sonra 19 yaşlı ana Takiyah Babers qətl törətməkdə şübhəli bilinərək həbs olunub.

İki milyon dollar məbləğində girov müqabilində həbsdə saxlanılan Baberslə bağlı polis araşdırmasının davam etdiyi bildirilir.

Babersin himayəçi valideynləri Herman Conson və Laura Leysi çərşənbə axşamı səhər saat 4 radələrində sol ayağında altı barmağı olan bir körpənin zibil qutusunda tapılması barədə xəbəri gördükdən sonra narahatlıq keçirərək gənc qadının mənzilinə gediblər. Lunanın da eyni fərqli xüsusiyyətə sahib olması ailəni hərəkətə keçməyə sövq edib.
Babers əvvəlcə Lunanın yatdığını iddia edib, daha sonra isə körpənin atası ilə olduğunu bildirib.

İddiaya görə, Babers körpəni gətirmək üçün evdən çıxıb və qayıdanda körpənin yaxşı olduğuna inandırmaq üçün telefonunda bir video göstərib.

Lakin Laura Leysi videodakı geyimlə Babersin həmin səhər əynində olan geyim arasında uyğunsuzluq olduğunu fərq edib. Yataq otağında körpənin istifadə olunmamış avtomobil oturacağının tapılması şübhələri daha da artırıb. Ailə üzvləri Ximenesin Lunanı tapdığı zibil qabının qarşısında keçirilən anım mərasimində iştirak edib.

Mərasim yerinə şamlar, güllər, şarlar və Lunanın fotoşəkilləri qoyuldu. Mərasimdə iştirak edən Takia Babersin atası Van R. Babers nəvəsinin onun üçün nə qədər əziz olduğunu vurğulayıb və qızına qarşı irəli sürülən ittihamlara inanmaqda çətinlik çəkdiyini deyib.

Los-Anceles Polis Departamenti istintaqın davam etdiyini təsdiqləyib və məlumatı olan hər kəsi müvafiq qurumlarla əlaqə saxlamağa çağırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər