- 15:31
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müxtəlif bölgələrinə qarşı həyata keçirilən son hücumlarla bağlı açıqlama verib.
E-huquq.az xəbər verir ki, Zelenski Ukrayna qüvvələrinin Rusiyanın Perm bölgəsi və Rostov vilayətinin Novoşaxtinsk şəhərində yerləşən iki neft emalı zavodunu hədəf aldığını bildirib.
Ukrayna Prezidenti, həmçinin Ulyanovsk vilayətində yerləşən "İskra" müdafiə sənayesi müəssisəsinə və Rostov vilayətindəki iki radar stansiyasına zərbələr endirildiyini qeyd edib.
"Biz Rusiyanın insan həyatına qarşı amansız hücumlarına cavab veririk", - deyə Zelenski bildirib.
Şəbnəm Mehdizadə