Lift qırıldı: 9 nəfər xəsarət aldı


  • 15:23

İraqın paytaxtı Bağdadda liftin trosunun qırılması nəticəsində qəza baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı qadın və uşaqların da daxil olmaqla doqquz nəfər liftdə olub.

Məlumata görə, qapılar bağlandıqdan qısa müddət sonra liftin trosunda nasazlıq yaranıb. Yeddinci mərtəbədə olarkən trosun qırılması nəticəsində kabinə sürətlə aşağı düşərək yerə çırpılıb.

Hadisə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Görüntülərdə liftdəki doqquz şəxsin qəza zamanı yaşadığı panika əks olunub.

Bildirilib ki, hadisə nəticəsində liftdə olan şəxslər yüngül xəsarətlər alıblar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər