Toyda 49 yaşlı kişi bıçaqlandı


  • 09:32

Biləsuvar rayonunda şadlıq sarayında bıçaqlanma hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Eldar Cəfər oğlu Vəliyev şadlıq sarayında bıçaqlanıb.

Kürək nahiyəsindən bıçaq xəsarətləri alan E. Vəliyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Ülvü Qurbanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA

Oxşar xəbərlər