ABŞ Prezidenti G20 sammiti çərçivəsində Meloni ilə görüşməyi planlaşdırır


  • 17:27

ABŞ Prezidenti Donald Tramp dekabrın 14–15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək G20 sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşməyi planlaşdırdığını bildirib.

E-huquq.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Jurnalistlər ABŞ Prezidentindən ilin sonunda keçiriləcək G20 sammitində Meloni ilə görüşüb-görüşməyəcəyini soruşublar.

“Onunla çox yaxşı münasibətlərimiz var. Yəqin ki, G20 çərçivəsində görüşəcəyik”, – Tramp bildirib.

Oxşar xəbərlər