Tramp ABŞ-ın husilərlə əlaqə saxladığını bildirib


  • 09:09

ABŞ Yəməndə fəaliyyət göstərən husilərin “Ənsar Allah” hərəkatı ilə əlaqə saxlayır.

E-huquq.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Endryus hərbi bazasında jurnalistlərlə söhbəti zamanı deyib.

“Biz husilərlə əlaqə qurmuşuq və bundan sonra nə olacağını görəcəyik. Lakin onların etdikləri çox pis idi”, - Tramp bildirib.

O, Səudiyyə Ərəbistanına endirilən zərbələri şərh edərək hücumu dəhşətli olduğunu bildirib.

ABŞ liderinin sözlərinə görə, belə hallarda Səudiyyə Ərəbistanının özünü müdafiə etmək hüququ var.

Oxşar xəbərlər