- 9 Oktyabr 23:02
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı müraciətlər daxil olub.
E-huquq.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatlar əsasında nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən paytaxt ərazisində 4 təxirəsalınmaz əməliyyat keçirilib.
Həyata keçirilən tədbirlər nəticəsində 2 uşaq xilas edilib, 1-i uşaq olmaqla 3 nəfərə müvafiq köməklik göstərilib