- 10:34
Şəmkir rayonunda qardaşını bıçaqlamaqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
E-huquq.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Xaləddin Quliyev saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, insident qardaşlar arasında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı baş verib.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma başlanılıb.