Rusiyada güclü zəlzələ oldu


  • 09:58

Rusiyanın Kemerovo vilayətində 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru İlya Seredyuk “Max” platformasında məlumat yayıb.

Onun sözlərinə görə, yeraltı təkanlar oktyabrın 10-da Prokopyevsk bələdiyyə dairəsində, Krasnobrodski qəsəbəsi yaxınlığında baş verib.

İlya Seredyuk bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb.

Oxşar xəbərlər