- 10 Oktyabr 16:17
Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) birgə təşkilatçılığı ilə Bakıda keçirilən “EYBA Autumn Conference 2026” payız konfransı çərçivəsində müxtəlif ölkələrdən olan vəkillərin Azərbaycan Respublikasının Ali Məhkəməsinə səfəri təşkil edilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasının Mətbuat xidmətindən bildirilib.
Qonaqlara Ali Məhkəmənin fəaliyyəti, strukturu, məhkəmə hakimiyyəti sistemində rolu, eləcə də ölkəmizdə məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar barədə məlumat verilib.
Daha sonra iştirakçılar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, Plenum zalını və Məhkəmə Tarixi Muzeyini ziyarət ediblər. Qonaqlara Plenumun fəaliyyəti, muzeydə nümayiş etdirilən tarixi eksponatlar, həmçinin Azərbaycan məhkəmə sisteminin formalaşması və inkişaf mərhələləri barədə ətraflı məlumat verilib.
Səfərin sonunda iştirakçılarla xatirə fotosu çəkdirilib.