Bu vəkillər hakim təyin olundu - SİYAHI


  • 21:26

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” Sərəncam imzalayıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, hakim vəzifəsinə təyin olunanlar arasında Vəkillər Kollegiyasının üzvləri də var.

Hakim təyin olunan vəkillərin siyahısını təqdim edirik:

Vüqar Qurban oğlu Abbaslı – Balakən Rayon Məhkəməsinin hakimi;

Bəxtşən Aydın qızı Adıgözəlova – Qobustan Rayon Məhkəməsinin hakimi;

Vüsal Suliddin oğlu Cəfərov – Binəqədi Rayon Məhkəməsinin hakimi;

Natiq Abbas oğlu Əliyev – Nərimanov Rayon Məhkəməsinin hakimi;

Əli Surxay oğlu Hümbətov – Gədəbəy Rayon Məhkəməsinin hakimi;

Nuranə Asif qızı Məmmədova – Nərimanov Rayon Məhkəməsinin hakimi;

Rübabə Əşrəf qızı Məmmədova – İmişli Rayon Məhkəməsinin hakimi;

Səbuhi Həsənpaşa oğlu Mikayılov – Sabirabad Rayon Məhkəməsinin hakimi.

Oxşar xəbərlər