Şimali Koreya iki ballistik raket buraxdı


  • 07:34

Şimali Koreya, ehtimal ki, iki ballistik raket buraxıb.

E-huquq.az xəbər verir ki, bu barədə Yaponiyanın Dəniz Təhlükəsizliyi İdarəsi məlumat yayıb.

Belə ki, birinci raketin buraxılışı barədə məlumat verildikdən iki dəqiqə sonra onun düşdüyü bildirilib.

İkinci raketin düşməsi barədə bildiriş isə ehtimal olunan buraxılışdan səkkiz dəqiqə sonra daxil olub.

NHK telekanalının məlumatına görə, birinci raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Oxşar xəbərlər