Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər


  • 08:55

ABŞ prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında son həftələrdə İrana qarşı mümkün hücumla bağlı intensiv danışıqlar aparıldığı iddia olunur.

E-huquq.az xəbər verir ki, adı açıqlanmayan təhlükəsizlik rəsmiləri oktyabrın 27-də keçiriləcək seçkilərdən əvvəl İrana hücum ehtimalının aşağı olduğunu bildiriblər.

Məlumata əsasən, Netanyahu da seçkilərdən əvvəl belə bir hücumun həyata keçirilməsini istəmir.

İsrail ordusunun İrana müstəqil hücum, ABŞ-la birgə əməliyyat və İrandan mümkün zərbələrə cavab ssenarilərinə hazırlaşdığı qeyd olunub.

İsrail tərəfi ABŞ-ın gələcəkdə İrana qarşı hücumları bərpa edə biləcəyini də ehtimal edir.

Qeyd edək ki, bunlar İsrail mediasının və adı açıqlanmayan rəsmilərin iddialarıdır.

Vaşinqton və Təl-Əviv mümkün hücumla bağlı yekun qərarın qəbul edildiyini təsdiqləməyib.

Oxşar xəbərlər