"Abzas Media" işi üzrə təqsirləndirilənlərə hökm oxundu


  • 16:13

"Abzas Media" əməkdaşlarının cinayət işi üzrə məhkəmənin sonuncu iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Ülvi Həsənli 9 il, Sevinc Vaqifqızı (Abbasova) 9 il, Məhəmməd Kekalov 7 il, 6 ay il, Nərgiz Absalamova 8 il, Hafiz Babalı 9 il, Elnarə Qasımova 8 il, Fərid Mehralızadə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, 2023-cü il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib.

Humay Eminqızı

Oxşar xəbərlər