Ali Məhkəmə sədrinin maaşı artırılır


  • 21 İyun 2022 10:32

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin maaşı artrılır.

E-huquq.az xəbər verir ki, bu, "Məhkəmələr və hakimlər haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, qanunun 106-cı maddəsində (Hakimlərin maddi təminatı) "Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində" sözləri "3550 manat" sözləri ilə əvəz ediləcək.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirə edilərək baxılması üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində maaş ödənilir. Belə ki, hazırda Ali Məhkəmənin sədrinin aylıq vəzifə maaşı 2475 manatdır.

Eyni zamanda Ali Məhkəmənin sədrinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Xəyalə Bünyatova

Oxşar xəbərlər