Lənkəranda evdən oğurluq etməkdə təqsirləndirilən qadın hakim qarşısına çıxarılır


  • 28 Noyabr 2023 10:56

Lənkəranda evdən oğurluq etməkdə təqsirləndirilən Bağdagül Səmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

İş hakim Murad Aslanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Lənkəranın Velədi kəndində qeydə alınıb. Belə ki, əvvəllər də eyni əməli törətdiyinə görə məhkum olunmuş Bağdagül Səmədova yaşayış evlərindən birinə daxil olaraq tapdığı pul, qızıl-zinət əşyalarını götürərək uzaqlaşıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər