Məhkəmə piyadanın ölümündə təqsirləndirilən sürücü ilə bağlı qərar verəcək


  • 21 Fevral 10:19

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elvin Əhmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib.

İş hakim Cavid Sultanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə şəhərin F.Məmmədzadə küçəsində baş verib. 20 yaşlı Əhmədov Elvin Raqif oğlu idarə etdiyi “VAZ-21099” markalı avtomobillə piyada 77 yaşlı Qarayeva Elza Əli qızını vurub. Nəticədə qadın aldığı xəsarətlərdən ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər