"Məlhəm Beynəlxalq Hospital"a cərimə yazıldı


  • 26 Fevral 18:50

"Məlhəm Beynəlxalq Hospital" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, “Məlhəm Beynəlxalq Hospital” altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər