Masallıda həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 9 Aprel 18:42

Masallıda adam öldürməkdə təqsirləndirilən Nurlan Nuriyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 18-nə təyin olunub.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Nurlan Nuriyev aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Masallı rayonu Musaküçə kənd sakini 1994-cü il təvəllüdlü Elnur Məmmədovun baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik vuraraq onun ölümünə səbəb olmaqda təqsirli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər