"Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi" cərimələnə bilər


  • 24 Aprel 15:59

"Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi" publik hüquqi şəxsinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, PHŞ barəsində İnzibati Xətalar Məcəlləsinin 469.1-ci( (icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi inzibati protokol tərtib olunub və baxılması üçün Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.
İş hakim Gülsüm Əliyevanın icraatına verilib.

Protokol təsdiq olunarsa, "Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi" iki yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər