Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxundu


  • 15 May 18:44

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Səhrab Məlikzadəyə hökm oxunub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki prokuror Elvin Mirzəyev məhkəmədən təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Səhrab Məlikzadənin aralarında yaranan mübahisə zamanı 1997-ci il təvəllüdlü Tahir Miriyevin bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər