Bakıda qadının çantasından oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 17 Sentyabr 14:34

Bakıda oğurluq etməkdə təqsirləndirilən Ramil Qibləliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Ramil Qibləliyev paytaxt ərazisində bir qadının çantasından pul, qızıl boyunbağı və mobil telefon oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər