İlin sonuna qədər əmək müqavilələrinin tam elektronlaşdırılması nəzərdə tutulur


  • 20 İyun 2022 13:01

May ayından etibarən ölkə üzrə əmək müqavilələri birbaşa elektron imza ilə təmin edilir ki, bu da əmək münasibətlərini daha da təkmilləşdirməyə, kağız daşıyıcıların elektronlaşdırılmasına imkan verir.

E-huquq.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, cari ilin ikinci yarısından kağız üzərində əmək müqavilələrinin tamamilə ləğvi və ilin sonuna qədər əmək müqavilələrinin elektron sistemdə tətbiqi nəzərdə tutulur:

"Bununla biz elektron əmək münasibətlərinə keçidi təmin etmiş olacağıq".

Oxşar xəbərlər