Prezident İlham Əliyev sərəncam imzaladı


  • 14 Yanvar 2022 15:29

Səyyad Adil oğlu Salahlı (Səyyad Aran) “Şöhrət” ordeni ilə təltif edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, S.Aran 1952-ci il yanvarın 15-də İmişli rayonunda anadan olub. Sabah onun 70 yaşı tamam olur. S.Aran 2012-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavinidir.

Oxşar xəbərlər