SABAH qruplarına qəbul imtahanının nəticəsi açıqlandı


  • 16 May 2022 16:12

SABAH qruplarına qəbul olmaq üçün mayın 15-də keçirilmiş imtahanın nəticələri açıqlanıb.

Bu barədə e-huquq.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bidirilib ki, imtahan iştirakçıları Mərkəzin internet saytında topladıqları bal və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

İştirakçılar imtahanda topladıqları bal haqqında məlumatı mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1397 tələbədən 390 nəfəri imtahana gəlməyib.

Oxşar xəbərlər