Azərbaycanda əmək müqavilələri elektron qaydada bağlanacaq


  • 25 May 2022 12:43

“Əmək və Məşğulluq” altsisteminin istifadəyə verilməsi əmək münasibətlərində köklü dəyişikliklərə səbəb olacaq.

E-huquq.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Əmək və Məşğulluq” mövzusunda keçirilən görüşdə deyib.

O bildirib ki, yeni altsisteminin tətbiqi əmək bazarının bütün iştirakçıları üçün faydalı olacaq və ölkəmizdə bu sahə üzrə ciddi dəstək mexanizmi formalaşdırılır.

“Sözügedən altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, elektron qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçirilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçidi təmin olunur. Həmçinin bu e-platforma işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artıracaq”, - deyə icraçı direktor qeyd edib.

Oxşar xəbərlər

  • 15 Aprel 12:22
Sabahın hava proqnozu