"Əmək Məcəlləsinə tıxaca görə işə gecikənlərlə bağlı maddə əlavə edilsin"


  • 30 Sentyabr 2022 17:10

“Təklif edirəm ki, Əmək Məcəlləsinə tıxacla əlaqədar işə gecikənlərlə bağlı maddə daxil edək”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, Bakının ətraf bölgələrindən gələn insanlar bu problemi daha çox hiss edir: “İnsanlarımız işə gəlmək üçün 2 saat əvvəldən yola çıxır, işdən sonra isə evə çatmaq üçün 2 saat qət edirlər. Tıxaca görə 1 saat gecikmə məsələsi qanunvericilik səviyyəsində olmasa da, Nazirlər Kabinetinin qərarlarında əks olunsun ki, insanlar işə gecikməyə görə incədilməsin. Xüsusilə də qadınlarla bağlı ən azı bunun tətbiq olunması lazımdır”.

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu