Vəkillər Kollegiyası “Daşkənd Hüquq Baharı” Beynəlxalq Forumunda iştirak etdi - FOTO


  • 25 Aprel 2021 12:38

22-23 aprel tarixlərində rəqəmsal innovasiyalara əsaslanan IV Sənaye İnqilabı dövründə hüquqa baxış mövzusunda “Daşkənd Hüquq Baharı” Beynəlxalq Forumu keçirilmiib.

E-huquq.az xəbər verir ki, 25-dən çox ölkənin rəhbər şəxsləri, həmçinin 20 beynəlxalq təşkilatın tanınmış mütəxəssisləri də daxil olmaqla 1000-dən çox iştirakçı həm ənənəvi, həm də videokonfrans formasında Mərkəzi Asiyada çox böyük beynəlxalq tədbir hesab olunan bu forumda iştirak edib.

23 aprel tarixində “Məhkəmə və hüquq sisteminin islahatları kontekstində vəkilliyin inkişaf perspektivləri” mövzusunda keçirilmiş onlayn dəyirmi masada Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Məhkəmə və hüquq islahatının uğur formulu: güclü, nüfuzlu və müstəqil vəkillik təsisatı” mövzusunda çıxış edib.

İlk olaraq, Kollegiya sədri Özbəkistan ilə Azərbaycanın post-sovet ölkəsi olaraq bənzər tarixi keçmişinin olduğundan, müstəqillik dönəmindən sonra çoxsaylı islahlahatlara ehtiyacın mütləq olduğundan, vəkillik sahəsində atılan addımlardan, o cümlədən 1978 və 1995-ci il Konstitusiyalarından və 1999-cu ildə qəbul edilmiş Qanunumuzla vəkilliyin tam müstəqil olmasından bəhs etmiş, daha sonra 2017-ci ildə yeni Rəyasət Heyətinin seçilməsindən sonra həyata keçirilən köklü islahatlar və görülən çoxsaylı işlərdən danışıb.

Belə ki, vəkillik təsisatının güclü, nüfuzlu və müstəqilliyi üçün hər şeydən əvvəl maliyyə müstəqilliyinin olmasını vurğulamış, yerli və beynəlxalq qurumlardan dəstək və qrant almadan maliyyə müstəqilliyinin təmin olunması üçün Türkiyə təcrübəsini qeyd etmiş və order markalarının tətbiqindən danışmışdır. Çünki yalnız üzvlük haqları hesabına Vəkillər Kollegiyasının qanunla müəyyən olunmuş çoxşaxəli fəaliyyətini təmin etmək çətindir.

Bundan başqa, dövlət qurumları ilə münasibətlərdən, daim dialoqların aparılmasından, əməkdaşlıqlardan, vəkillik sahəsində qanunvericilikdəki dəyişikliklərdən, Prezidentin Fərman və Sərəncamlarından, Nazirlər Kabinetinin qərarlarından, məhkəmə-hüququ islahatlarında vəkilliyin yeri və rolundan, bu sahədə səmərəliliyin təmin edilməsi üçün güclü və nüfuzulu vəkilliyin əhəmiyyətindən geniş şəkildə danışmış, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vəkil günü” peşə bayramının qeyd edildiyini, uzunmüddətli səmərəli fəaliyyətinə görə bir qrup vəkilin təltif edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Bunula yanaşı, vəkilliyə qəbulu, bu sahəyə marağın dəfələrlə artdığını, gənclərə dəstəyi, xarici yarışmalarda iştirak üçün, müxtəlif layihələrin, müsabiqələrin keçirilməsi üçün maddi dəstəyin göstərildiyini, təhsildə xüsusilə fərqlənən tələbələrə təqaüdlərin verildiyini söyləmişdir.

Daha sonra, A.Bağırov elektron vəkil kabinetinin yaradımasından, onun "Elektron Məhkəmə" və "Elektron hökumət" sisteminə inteqrasiya prosesindən danışmış, o cümlədən Pandemiya zamanı istifadəyə verilən “LegalAid” mobil tədbiqindən, ən sərt karantin zamanı vəkillərin sərbəst hərəkət edə bilməsindən, “ProBono” və pulsuz hüquqi yardım aksiyalarından, həftəlik rayon səfərlərindən, həmçinin "Pulsuz hüquqi yardım haqqında" qanun layihəsinin hazırlanmasından və s. bəhs etmişdir.

Dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin 3 dəfə artırılmasından, daha sonra bu vəsaitin müvafiq İcra hakimiyyətinə deyil, birbaşa Vəkillər Kollegiyasına ayrılmasının güclü, nüfuzlu və müstəqil vəkillik təsisatındakı əhəmiyyətindən danışmışdır.

Daha sonra, Forumda müxtəlif dövlətləri təmsil edən rəsmilər təcrübələrini, hüquq sahəsində həyata keçirilməli olan qabaqcıl fikirlərini bölüşmüş və ünvanlanan suallar cavablandırılmışdır.

Bundan başqa, qeyd etmək istərdik ki, Forum çərçivəsində “Dövlət Hüquq Siyasəti: Cari Məsələlər və Gələcək tendensiyaları”, “LegalTech və LavTech: Bugün və Gələcək”, “Əqli Mülkiyyətin Qorunması: müasir çağırışlar və onların aradan qaldırılması yolları”, “Dövlət orqanlarının açıqlılığını təmin etmək üçün rəqəmsal imkanlar”, “Koronavirus məhdudiyyətləri dövründə mediasiya və arbitrasiya”, “Hüquqi məlumatlar: müasir problemlər və inkişaf perspektivləri”, “Ümumi (İngilis) hüquq sisteminin xüsusiyyətləri”, “Tənzimləmə təsirlərinin qiymətləndirilməsi və korrupsiyaya qarşı mübarizə”, “Siyasətin həyata keçirilməsi”, “Rəqəmsal dövrdə məhkəmələrin müstəqilliyinin, qərəzsizliyinin və ədalətin təmin edilməsi” mövzuları müzakirə olunmuş, “Dövlət xidmətlərində ən yaxşı təcrübələr”, “Elektron notariat”, “Vəkilliyin inkişaf perspektivləri” mövzusunda dəyirmi masalar keçirilmiş və “Məlumat və informasiya idarəetməsi” mövzusunda master-klass təşkil olunmuşdur.

Sonda, məlumat üçün bildiririk ki, Forumun ilk günündə, 22 aprel tarixində Özbəkistan və Azərbaycan Respublikalarının Ədliyyə Nazirlikləri arasında məhkəmə-hüquq sistemi, innovasiya sahəsi də daxil olmaqla bir çox sahələrdə təcrübə mübadiləsi və səmərəli əməkdaşlıq üçün ikitərəfli əməkdaşlıq proqramı da imzalanmışdır.











Oxşar xəbərlər