Rusiya səfirliyi Gəncədə raket zərbəsi nəticəsində xəsarət alaraq xəstəxanada ölən yeniyetmə ilə bağlı məlumat yaydı


  • 24 Oktyabr 2020 17:09

17 oktyabrda raket zərbəsi nəticəsində xəsarət almış Rusiya Federasiyasının vətəndaşı 2007-ci il təvəllüdlü Artur Mayakov bu gün Gəncə şəhərində yerləşən xəstəxanada vəfat edib.

E-huquq.az-ın xəbərinə görə, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin “Twitter” hesabında bildirilib.

“Səfirlik mərhumun qohumları və yaxınları ilə təmasdadır və onlara dərin hüznlə başsağlığı veririk”, - deyə qeyd olunub.

Oxşar xəbərlər