Fransada Renuar muzeyindən oğurlanan iki rəsm tapılıb


  • 11:21

Fransanın Oqüst Renuar Muzeyindən oğurlanan iki rəsm əsəri tapılıb, hadisə ilə əlaqədar altı nəfər saxlanılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kan-sür-Mer kommunasının meri Brayan Masson məlumat verib.

Tapılan əsərlərin "Madam Kolonna Romanonun portreti" və "Quyu başında gənc qadın" olduğu bildirilib. Rəsmlərin necə geri qaytarıldığı barədə məlumat açıqlanmayıb.

Qeyd edək ki, oğrular ötən ay muzeyin hasarını keçərək pəncərədən içəri daxil olub və dörd qiymətli əsəri oğurlayıblar. Qaçarkən iki rəsm əsərini geridə qoyublar. Soyğunçuluğun üç dəqiqədən az müddətdə baş verdiyi bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər