Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı daha bir açıqlama


  • 30 Noyabr 2020 19:00

"Dağlıq Qarabağdakı atəşkəsin ardından Türkiyə və Rusiya Müdafiə nazirləri arasında anlaşma memorandumu imzalandı”.

E-huquq.az xəbər verir ki, bunu bu gün Türkiyə Milli Müdafiə Nazirliyinin iclasında çıxışı zamanı nazir Hulusi Akar dilə gətirib.

“Rusiya ilə əməkdaşlığımız planlaşdırdığımız şəkildə davam edir”, - H.Akar qeyd edib.

Xatırladaq ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında atəşkəs razılaşması qəbul edilib.

Noyabrın 11-də isə Türkiyə və Rusiya müdafiə nazirləri arasında qəbul edilən memorandum çərçivəsində Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəz yaradılıb.

Oxşar xəbərlər