Avropa xəstəxanalarının müharibə və böhranlara hazırlığında çatışmazlıqlar var


  • 16:29

Avropada xəstəxanaların müharibə və digər təhlükəsizlik təhdidlərinə hazırlığında ciddi çatışmazlıqlar olduğu bildirilib.

E-huquq.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, məsələ Avstriyanın Bad Hofqasteyn şəhərində keçirilən Avropa Səhiyyə Forumunda müzakirə olunub.

Avropa Xəstəxana və Səhiyyə Federasiyasının prezidenti Henriette Noymeyer bildirib ki, Ukraynadakı müharibə Avropa ölkələrini müxtəlif böhran ssenarilərinə hazırlıqlarını gücləndirməyə vadar edir. Onun sözlərinə görə, hətta Almaniya və Niderland kimi maliyyə imkanları geniş olan ölkələrin səhiyyə sistemlərində də hazırlıqla bağlı problemlər mövcuddur.

Ümumdünya Səhiyyə Təşkilatının Ukraynadakı nümayəndəsi Yarno Habixt isə müharibə başlayandan ölkədə səhiyyə obyektlərinə, ilkin səhiyyə mərkəzlərinə və təcili yardım maşınlarına təxminən 3500 hücum qeydə alındığını bildirib.

Forumda dərman və tibbi ləvazimat təchizatının gücləndirilməsi, kadr çatışmazlığının aradan qaldırılması və ölkələrarası əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər kimi göstərilib.

Ekspertlər həmçinin kiberhücumlar və dezinformasiyanı səhiyyə sistemləri üçün artan təhdidlər sırasında qeyd ediblər. Kadr çatışmazlığı, uzun gözləmə müddətləri və artan xərclərin yaratdığı problemlərin mümkün müharibə və digər iri miqyaslı böhranlar zamanı daha da dərinləşə biləcəyi vurğulanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər