Bakıda 3 maşın yandı


  • 23 Aprel 22:34

Bakıda 3 maşın yanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Suraxanı rayonunda 3 ədəd “ВАЗ” markalı minik avtomobilindən ikisinin 1 ədəd arxa təkəri, digər avtomobilin mühərrik hissəsi və yaxınlıqda 25 m² sahədə məişət tullantıları yanıb.

Hər üç avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər