Sima Yaqubova: "Qanunda edilmiş dəyişikliklər əsassız iddiaların qarşısını alacaq"


  • 15 Sentyabr 2021 17:28

"Bu gün məhkəmələrə xeyli sayda əsassız iddia ərizələri daxil olur. Bəzi hallarda iddiaçı iddianın əsassız olduğunu bildiyi halda, sırf qarşı tərəfə ziyan vurmaq, onun vaxtını almaq məqsədi ilə məhkəməyə müraciət edir".

E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil Sima Yaqubova "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklər barədə onlayn ictimai müzakirədə çıxış edərkən deyib.

Onun sözlərinə görə, Mülki Prosessual Məcəllləyə və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklər əsassız iddiaların qarşısını alacaq və məhkəmlərin iş yükünü azaldacaq: "Yeni dəyişikliklər iddia ərizəsi ilə məhkəməyə müraciət edən şəxsi daha ciddi düşünməyə vadar edəcək. Əgər iddia əsaslıdırsa, o həmin işin arxasınca gedəcək və rüsumu ödəyəcək. Əsasız olduğu halda məhkəməyə müraciət etməyəcək. Bu da məhkəmələrə təqdim olunan əsassız iddiaların azalmasına gətirib çıxaracaq. Bilirsiniz ki, hakimlərin, məhkəmə aparatı işçilərinin iş yükünün çox olması işə vaxtında və effektiv baxılmasına öz təsirini göstərir. Bu aspektdən yanaşdıqda hesab edirəm ki, dövlət rüsumunun diferensiallaşdırılması və tələb edilən iddia məbləğlərinə uyğun dövlət rüsumumun hesablanması məhkəmə-hüquq islahatlarının dərinləşməsinə və keyfiyyətli hüquqi xidmətin göstərilməsinə gətirib çıxaracaq".

Xəyalə Bünyatova

Oxşar xəbərlər