Qubad İbadoğlu ev dustaqlığına buraxıldı


  • 22 Aprel 16:39

Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsində qərar qəbul olunub.

Qeyd edək ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, onun barəsində ötən ilin iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər