- 30 İyun 21:25
Bakıda vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Akif Şıxəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş Akif Şıxəliyev paytaxtın Nizami rayonu ərazisində bir nəfərin qoluna kəsici alətlə xəsarət yetirərək onun içərisində mobil telefonu və sənədləri olan pulqabısını talamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə