İcra məmurlarının maddi təminatı və sosial müdafiəsi gücləndirildi


  • 29 İyun 2020 11:31

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “İcra məmurları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

E-huquq.az xəbər verir ki, dəyişikliklə qanuna yeni məzmunda dördüncü hissə əlavə edilir.

Dəyişikliklə, müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərətətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib

Oxşar xəbərlər