Milli Məclisin deputatı Ramil Həsən Ankarada rəsmi səfərdədir


  • 20 Oktyabr 2020 12:55

Türkiyə və Azərbaycanın hakim partiyalarının strateji münasibətləri yeni müstəvidə davam etdirilir

Yeni Azərbaycan Partiyası (YAP) rəhbərliyinin xüsusi göstərişi əsasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin YAP-ın Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə əlaqələrin gücləndirilməsinə töhfə vermək və əlaqələri inkişaf etdirmək məqsədi ilə həyata keçirtdiyi əməkdaşlıq münasibətlərini müzakirə etmək üçün AK Partinin rəsmi dəvəti əsasında Ankaraya səfəri başlayıb.

Səfər çərçivəsində Ramil Həsən ilə birlikdə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov da iştirak edib.

Səfərdə heyətin çoxtərəfli və yüksək səviyyəli görüşləri nəzərdə tutulub. İki qardaş ölkənin dövlət başçılarının, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Recep Tayyip Erdoğanın sədrlik etdiyi partiyaların arasındakı münasibətlərin strateji səviyyəyə çıxarılması barədə danışıblar. Ölkələrimiz və dövlət başçılarımız arasında var olan qardaşlıq münasibətlərinin partiyalarımız arasında da müxtəlif sferaları əhatə edəcək dərəcədə genişləndirilib.

Əlaqələrin gücləndirilərək ölkə xaricində və daxilində milli maraqlarımıza, partiyalarımızın məqsəd və məramlarına xidmət edəcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilib birgə addımlar atılması barədə danışılıb. Həmçinin aramıza bundan sonrakı mərhələdə daha yüksək səviyyəli partiya rəhbərliklərinin iştirakı ilə həyata keçiriləcək qarşılıqlı səfər ziyarətləri proqramlarının hazırlanması nəzərdə tutulub. Eyni zamanda bu proqramların birində iki qardaş dövlətin iki hakim partiyasının ortaq maraq və məqsədlərinə, dövlətlərimizin strateji əməkdaşlığına xidmət edəcək birgə bəyannamənin və ortaq əməkdaşlıq sazişinin imzalanması ilə bağlı hazırlıq mərhələsini özündə ehtiva edən bir səfər proqramı olaraq qeydə alınıb.

Bununla yanaşı Ramil Həsənin AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş, Baş Katibi Fatih Şahin, Xarici Əlaqələr şöbəsinin rəhbəri Cevdet Yılmaz, AK Parti Gənclər Birliyinin Sədri Ahmet Büyükgümüş, Türkiyə Respublikasının Xarici İşlər Nazirinin müavini Yavuz Selim Kıran, həmçinin AK Partinin Türkiyə Böyük Millət Məclisindəki (TBMM) fraksiyasının sədri Cahit Özkanın, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun Türkiyə tərəfindən olan sədri Şamil Ayrımın və bu qrupunun üzvləri ilə görüşləri nəzərdə tutulub.

Bu görüşlər çərçivəsində, Ramil Həsən Qarabağda baş verən hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan dövlət başçısı cənab İlham Əliyevin Ali Baş komandan olaraq uğurla həyata keçirtdiyi əks hücum əməliyyatları, dövlətimizin ərazi bütövlüyünün bərpası ilə bağlı ölkə daxilində və xaricində baş verən uğurlu addımları, eyni zamanda bu istiqamətdə Azərbaycan-Türkiyə dostluğu, birgə həmrəylik fəaliyyəti ilə bağlı da görüş iştirakçılarına qısa brifinqlər keçirilib suallar cavablandırılacaq.

Səfərdə həmçinin Türkiyə Respublikasının mətbuat və media nümayəndələri ilə görüş nəzərdə tutulur. Bu görüş çərçivəsində həm səfərin mahiyyəti, həm də əsas məqsəd və məramımız olan Qarabağ problemi, Azərbaycan ordusunun erməni işğalçılarına qarşı apardığı uğurlu əməliyyatları ilə bağlı daha geniş məlumatlar və dövlətimizin müvafiq siyasətinə, milli maraqlarına xidmət edən addımlarla bağlı Türkiyə ictimaiyyətini geniş şəkildə əlavə olaraq məlumatlandırılması da nəzərdə tutulur.

Oxşar xəbərlər