Ali Məhkəmənin kollektivi Zəfər parkını ziyarət etdi


  • 27 Sentyabr 14:24

27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib.

E-huquq.az-ın xəbərinə görə, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının rəhbərliyi, hakimlər və aparatların əməkdaşları parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Oxşar xəbərlər