İşçilərinin COVID-19-a qarşı peyvənd olunması tələb olunan iş və xidmət sahələrinin siyahısı genişləndirildi


  • 24 Sentyabr 2021 18:18

İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin Siyahısı genişləndirilib.

E-huquq.az-ın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərara edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının, mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və konfrans zallarının fəaliyyətində çalışan işçilərdən də COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikat tələb olunacaq.

Oxşar xəbərlər