Azərbaycanda son sutkada 69 nəfər koronavirusa yoluxdu


  • 6 İyul 2022 16:38

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan e-huquq.az-a verilən məlumata görə, ölən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 793 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 501 nəfər müalicə olunaraq sağalıb, 9 718 nəfər vəfat edib, aktiv xəstə sayı 287 nəfərdir.

Ölkədə son sutka ərzində 2 755, hazırkı dövrədək isə 6 977 685 test aparılıb.

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu
  • 22 Aprel 12:28
Sabahın hava proqnozu