Kolleclərə ixtisas seçimin nəticələri açıqlandı


  • 18 Avqust 16:19

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini avqustun 18-də saat 15:43-dən etibarən internet səhifəsində yerləşdirib.

DİM-dən e-huquq.az-a verilən məlumata görə, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat

Təhsil forması Qəbul planı Qəbul olunub Qəbul olma
Azərbaycan bölməsi Rus
bölməsi
Bölmələr üzrə cəmi faizi
Dövlət ödənişsiz 4478 4298 108 4406 98.39
Dövlət ödənişli 5349 5053 107 5160 96.45
Özəl 300 280 20 300 100.00
Cəmi 10127 9631 235 9866 97.41

Xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə qəbul olunan abituriyentlərin sayı haqqında məlumat

Təhsil forması Qəbul planı Qəbul olunub Qəbul olma
Azərbaycan bölməsi Rus
bölməsi
Bölmələr üzrə cəmi faizi
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar 8648 8451 191 8642 99.92
Xüsusi qabiliyyət tələb edən ixtisaslar 1479 1180 44 1224 82.76
Cəmi 10127 9631 235 9866 97.41

Abituriyentlər 2022-ci il 22 avqust 12:00-dan 1 sentyabr saat 23:59‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Oxşar xəbərlər