Xarici İşlər Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiqləndi


  • 21 Sentyabr 20:36

Nazirlər Kabineti “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

E-huquq.az xəbər verir ki, qərara əsasən, Kollegiyanın sədri Xarici İşlər naziri, Kollegiyanın üzvləri Xarici İşlər nazirinin müavinləri, “ADA” Universitetinin rektoru, Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi olacaq.

Nazirlər Kabinetindən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Xarici İşlər nazirinin dəyişdirilməsinə dair müvafiq Sərəncamları ilə əlaqədar Xarici İşlər Nazirliyinin Kollegiyasının tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb. Nazirlər Kabinetinin bu Qərarının qəbul edilməsi ilə Xarici İşlər Nazirliyinin Kollegiya üzvləri yalnız tutduqları müvafiq vəzifə (ad və soyad göstərilmədən) qeyd edilməklə Kollegiya üzvü kimi təsdiq edilirlər. Bu isə, öz növbəsində, kollegiya üzvlərinin vəzifələri ilə bağlı mümkün dəyişikliklərin baş verməsi səbəbindən kollegiyanın tərkibinə dəyişiklik edilməsi zərurətini aradan qaldırır. Eyni zamanda qeyd edilməlidir ki, “Normativ hüquqi aktlar haqqında” qanunun tələblərinə uyğun olaraq normativ hüquqi aktların tez-tez dəyişdirilməməsi baxımından son dövrlər kollegiya üzvlərinin təsdiqi ilə bağlı Nazirlər Kabineti tərəfindən qəbul edilən Qərarlarda şəxslərin ad və soyadları deyil, müvafiq vəzifələri göstərilir.

Oxşar xəbərlər