Tramp bu okeanların adını dəyişmək istəyir


  • 11:30

ABŞ Prezidenti Donald Tramp 2028-ci ildə vəzifəsini tərk etməzdən əvvəl okean və çaylardan birinin adını dəyişdirmək istədiyini açıqlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Tennessi ştatının Klarksvill şəhərində keçirilən mitinqdə Atlantik və ya Sakit okeanın "Tramp okeanı" və ya "Amerika okeanları" adlandırılması ideyasını səsləndirib.

O, Henri Hadsona olan heyranlığına görə Hadson çayının, həmçinin Missisipi ştatına sevgisi səbəbindən Missisipi çayının adını dəyişdirmək istəmədiyini bildirib.

Qeyd edək ki, Tramp ikinci prezidentlik müddətinin əvvəlində Meksika körfəzinin adını "Amerika körfəzi" olaraq dəyişdirib. Bu qərar Meksika ilə diplomatik gərginliyə səbəb olub. Onun coğrafi adlarla bağlı təşəbbüsləri sosial şəbəkələrdə də tənqid və istehza ilə qarşılanıb.\

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər